22 sentyabr 2010 14:24
Sneyder Inter`i tərk edə bilər
İtaliyanın "Inter" klubunun yarımmüdafiəçisi Uesli Sneyder komanda ilə danışığları boşa çıxdı. Azerisport.az xəbər verir ki, oyunçunun hazırki müqaviləsinə əsasən o komandada hələ də 3 il oynayacaq. Lakin klub rəhbərliyi onunla müqaviləni 2015-ci ilə qədər uzatmaq istəyir.
"Hazırda danışığlar dəyandırılıb. Danışığlar "İnter" hazır olanda davam edəcək. DÇ-2010-dan sonra Uesli çox populyar oldu. Və Avropa futbolunun qrandları onunla maraqlanmağa başladı. Lakin o bildirdi ki, "Inter"-ə borcludur. Ueslinin maaşı artırılmalı idi, lakin "neradzurinin" rəhbərliyi öz sözlərini geri götürdü. Klubun bu cür mövqeyi Sneyderi əsəbləşdirməyə vadar edir. Həmçinin "Real"-ın ona marağı var. Heç kəs üçün sirr deyil ki, Sneyder və Mourinyo arasında dost münasibətləri var", - bunu futbolçunun agenti Soren Lerbi bildirdi.
Mənbə: goal.com
