22 sentyabr 2010 14:44
Karadeniz Türkiyəyə qayıdır
Rusiyanın "Rubin" klubunun türkiyəli yarımmüdafiəçisi Gökdeniz Karadeniz komandasını tərk etməyə qərarına gəldi. Azerisport.az xəbər verir ki, türkiyəli futbolçunun agenti İstanbulun "Galatasaray" klubu ilə prinsipial razılaşma əldə edib.
Karadeniz Türkiyəyə 2011-ci ilin martın 16-da gedəcək. Məhz bu vaxt onun "Rubin"-lə müqaviləsi bitəcək.
Mənbə: Milliyet
