22 sentyabr 2010 15:43
Ultra Neftçi: Lənkəranda problemlərimiz olmayacaq
Azərbaycan çempionatının Böyük oyununa üç gün qalıb. Şənbə günü Lənkəran şəhər stadionu "Xəzər-Lənkəran" – "Neftçi" oyununu qəbul edəcək. "Neftçi"-nin yeni yaradılmış "Ultra Neftçi" fan-qrupunun da Lənkərana gəlişi nəzərdə tutulub.
"Səfər oyununa 18 yaşdan yuxarı 118 azərkeş qeydə alınıb", - bu barədə azerisport.az saytına fan-klubun lideri Ceyhun Əzizli bildirdi.
Onun sözlərinə görə, indi hər şey klubdan asılı olacaq: "Əgər bizə daha çox avtobus verilsə, o zaman komandamızı bundan da artıq azərkeş dəstəkləyə bilər".
"Ağ-qaraların" lideri "ağ-yaşıllarla" problem yaranacağından ehtiyatlanmır. Xatırladaq ki, bir neçə müddət öncə "Şəfa" stadionun yaxınlığında XL-ın avtobusunu pəncərələri sındırılmışdır. Bəzi gəzən şayiələrə görə, bunu "Neftçi"-nin fanatları edib.
"İnanmıram ki, bizim Lənkəranda problemlərimiz olmayacaq. Axı biz qardaşıq. Azərbaycanın digər şəhərləri olduğu kimi Lənkəranda bizimdir. Bizim tərəfimizdən iki banner asılacaq və onların heç biri təhqir xarakterini daşımır. Həmçinin, mən inanmıram ki, "Fırtına" təhqir edən bannerlərlə çıxış etsin", - Əzizli dedi.
Həmçinin, fan-klubun başçısı XL-ın azərkeşləri ilə görüşmək niyyətində olduğlarını da təsdiq etdi. "Bu görüşlərə biz həmişə şadıq. Onlar bizə qardaşdı. Bizim rəqabətimiz, düşmənçiliyimiz ancaq 90 dəqiqə ərzində baş verir. Oyundan sonra isə heç bir problemimiz olmur", - Əzizli qeyd edərək, "Neftçi"-nin 2:0 hesabı ilə qalib gələcəyini proqnozlaşdırdı.
