22 sentyabr 2010 16:58
Messini zədəliyən müdafiəçi cəzasını aldı
İspaniyanın "Atletico" klubunun müdafiəçisi Tomaş Uyfaluşı 2-oyunluq diskvalifikasiya aldı. Azerisport.az xəbər verir ki, bu cəzanı o "Barcelona" ilə oyunda qırmızı vərəqə görə aldı.
İspnaiya Futbol Federasiyası sərt tədbirlərə əl atmadı. Qeyd edək ki, futbolçu 12-oyunluq da cəza ala bilərdi. Bununla belə Uyfaluşı "Valencia" və "Zaragoza" ilə oyunda iştirak etməyəcək.
Xatırladaq ki, Uyfaluşı qırmızı vərəqəni Lionel Messiyə qarşı etdiyi sərt kobudluğa görə aldı.
Mənbə: ESPN
