22 sentyabr 2010 17:17
Davanın nəticəsində 16 futbolçu diskvalifikasiya olundu (VİDEO)
Sinqapur Futbol Federasiyası ölkə çempionatının "Young Lions" – "Pekin Qoyan" oyununda baş verdiyi davaya görə 16 futbolçu diskvalifikasiya oldu. Azerisport.az xəbər verir ki, oyunçular dörd-səkkiz aylıq diskvalifikasiya aldılar. Davanın nəticəsində "Young Lions" komandasının iki futbolçusu xəstəxanaya yerləşdirildi.
Mənbə: Reuters
