22 sentyabr 2010 00:54
"İmperator" azərbaycanlı "Terminator"-un çalışdırıcısı olmayacaq (YENİLƏNDİ)
Türkiyənin "Eskişehirspor" klubunun yeni baş məşqçisi "İmperator" ləqəbli Fatih Terim ola biləcəyi barəsində söz-söhbətlər gəzirdi. Azerisport.az xəbər verir ki, komandanın rəhbərliyi hazırki baş məşqçi Rza Çalımbay ilə vidalaşmaq, mütəxəssisin özü də klubu tərk etmək niyyətində deyillər. Bu barədə klubun rəsmi bəyanatında bildirilir. Rəhbərlik komandanın beş oyunda cəmi iki xal yığması ilə narazıdır. Xatırladaq ki, Türkiyədə "Terminator" ləqəbini alan Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov "Eskişehirspor"-da çıxış edir.
