22 sentyabr 2010 00:23
İtaliyalı futbolçular tətili təxirə saldı
İtaliyanın futbolçular assosiasiyası (IPA) həftənin sonuna planlaşdırılmış tətili təxirə saldı. Azerisport.az xəbər verir ki, bu qərar A seriyasının rəhbərliyi ilə danışğlardan sonra alındı. Xatırladaq ki, futbolçuların etirazı klubların başçıları ilə olan münasibətlə bağlı idi. Çempionatın oyunları keçsin deyə danışığlar məhz bu gün baş tutdu. Lakin bu müvəqqəti sülhdür. Münaqişə hələ öz davamını tapa bilər.
Mənbə: Football Italia
