22 sentyabr 2010 12:22
Bayern Münich əsas oyunçusunu itirə bilər
Almaniyanın "Bayern Münich" klubunun yarımmüdafiəçisi Frank Riberi Bundesliqanın 5-ci turu çərçivəsində "Hoffenheim" ilə keçirilən oyunda (2:1) zədələndi.
Azerisport.az xəbər verir ki, baş məşqçi Lui van Qalın sözlərinə görə, zədə kifayət qədər ciddi ola bilər: "Lakin futbolçu hansı müddətə oynaya bilməyəcəyi barədə hələ ki dəqiq məlum deyil".
"Hoffenheim"-lə oyunda Riberi 64 dəqiqə keçirdi.
Mənbə: AP
