22 sentyabr 2010 12:32
Neftçi Arsenal`ın Araz Abdullayevə olan marağını təsdiq etdi
Azərbaycanın "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov İngiltərənin "Arsenal" komandasının Araz Abdullayevlə maraqlanmasını təsdiq etdi.
"Everton"-la ilkin müqavilə imzalamasından öncə Arazla bağlı bizə bir neçə təklif gəlmişdi. Bunların arasında "Arsenal"-da var idi. Lakin konkret addımlar atılmadı. Ayın 18-i Liverpul təmsilçisi ilə ilkin müqavilə bağlandı və indi biz "Everton" rəhbərliyinin rəsmi təstiqini gözləyirik", - Süleymanov azerisport.az saytına bildirdi.
