22 sentyabr 2010 00:47
Arsenal Araz Abdullayevlə maraqlanır
Azərbaycanın "Qəbələ" klubunun baş məşqçisi Toni Adams öz keçmiş komandası olan İngiltərənin "Arsenal"-ına Araz Abdullayevi almağa məsləhət gördü. Azerisport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Adams bildirdi ki, "topçular" Abdullayevin transferində hələ də "Everton"-u qabağlaya bilərlər.
İngilis mətbuatı qeyd edir ki, 18-yaşlı futbolçu artıq "Everton"-la ilkin müqavilə imzalıyıb, lakin digər tərəfdən, bu razılşma hələ 10 gün ərzində rəsmi olaraq qüvvəyə minməyəcək. Və bununla belə "topçular" Abdullayevi öz fikirini dəyişdirməsinə nail ola bilər.
Qeyd edilir ki, "Neftçi"-nin vitse-prezidenti Tahir Süleymanov bildirdi ki, klub futbolçunun keçidindən pul almaq planlaşdırmır: "Çünki Azərbaycan futbolunun inkişafı barəsində düşünürük. Lakin Abdullayev "Everton"-dan digər bir kluba keçsə, o zaman "Neftçi" məbləğin bir hissəsini alacaq".
