23 sentyabr 2010 13:43
Massimiliano Alleqri: Milan düzgün yoldadı
Dünən İtaliya çempionatının "Lazio" – "Milan" oyunun baş tutdu (1:1). Azerisport.az xəbər verir ki, "rossonerinin" baş məşqçisi Massimiliano Alleqri komandasının oyunundan razı qaldı.
"Milan"-nın oyunu mənim xoşuma gəldi. Komanda əzmkar oyun nümayiş etdirirdi, rəqibə əks hücum təşkil etməyə imkan vermirdi. İlk yarıda biz üç əla qol şansından istifadə etmədik. Lakin fasilədən sonra oyun bərabərləşdi. Buna baxmayaraq bizim qol vurmaq şanslarımız var idi. Hesab edirəm ki, "Milan" düzgün yoldadı", - Alleqri dedi.
Mənbə: Football Italia
