23 sentyabr 2010 15:07
Bayern Münich Hollandiya federasiyasına ultimatum irəli sürdü
Almaniyanın "Bayern Münich" klubunun sədri Karl-Xayns Rummeniqqe Hollandiya Futbol Federasiyasına (KNVB) ultimatum irəli sürdü. Azerisport.az xəbər verir ki, ultimatum komandanın yarımmüdafiəçisi Aryen Robbenlə bağlıdır.
Xatırladaq ki, Robben CAR-da keçirilən dünya çempionatında ağır zədə aldı. Buna görə o uzun müddətə futboldan kənar qaldı və klubuna ölkə çempionatında kömək edə bilmir. Alman klubunun həkimləri bəyan edirlər ki, Robben meydançaya çıxmamalı idi, lakin hollandiyalı həkimlər ona oynamağa icazə verdilər. Buna görə də "Bayern" KNVB-dən Robbenin müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürməsini tələb edir.
"KNVB-dən cavab gözləyirik. Və əgər cavab bizi qane etməsə, o zaman məhkəməyə müraciət edəcəyik. Bunu tam aydın və birmənalı bəyan edirəm", - Rummeniqe dedi.
Mənbə: Sport1.de
