23 sentyabr 2010 15:31
ManUnited Atletico`nun gənc istedadlı qapıçısını almaq istəyir
İngiltərənin "Manchester United" klubunun baş məşqçisi ser Aleks Ferqüson Madridin "Atletico" komandasının gənc qapıçısı David de Hea ilə maraqlanır. Azerisport.az xəbər verir ki, Ferqüson şəxsən Primeranın son turun "Valencia" – "Atletico" oyununu tribunalardan izləyib. Və növbəti dəfə qapıçının yüksək səviyyəsinin şahidi oldu.
Qeyd edək ki, mankunianlar artıq ispnlara qapıçı ilə bağlı təklif irəli sürmüşdü. Lakin futbolçunun və onun ailəsinin xahişi ilə ingilislər mənfi cavab aldılar. Lakin indi hər şey dəyişə bilər, çünki "ManUnited" de Heaya görə 14 milyon avro ödəməyə hazırdır.
Mənbə: AS
