23 sentyabr 2010 17:20
Liverpool ÇSKA`nın futbolçusunu almaq istəyir
Rusiyanın ÇSKA klubunun yarımmüdafiəçisi Keysuke Honda İngiltərənin "Liverpool" komandasına keçə bilər. Azerisport.az xəbər verir ki, Hondanın DÇ-2010-daki çıxışından sonra, o Avropanın bir çox klublarının maraq dairəsinə düşdü.
Məlumata görə, "Liverpool" Hondanın transferinə Xavyer Maskeronun "Barcelona"-ya satışından sonra əldə olunan pulu xərcləməyə hazırdır.
Bundan əvvəl bildirildi ki, İtaliyanın "Milan" klubu Honda ilə maraqlanır. Lakin onlar futbolçuya görə 13 milyon avro ödəməkdən imtina etdilər. "Liverpool"-un isə təklif etdiyi məbləğ barəsində məlumat yoxdur.
Mənbə: The Daily Mail
