23 sentyabr 2010 20:23
Rövnəq Abdullayev: Azərbaycan futbolu bir addım irəlilədi
Bu gün keçirilən mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan çempionatının ötən mövsümünü yüksək qiymətləndirdi.
"Çempionatın sonuna kimi hansı komanda birinci olacağını heş kəs bilmirdi. Qeyd etmək lazımdır ki, Premyer-liqa və birinci divizion yüksək səviyyədə keçdi. Bu il Azərbaycan futbolu bir addım irəlilədi. Reqional və uşaq-yeniyetmə futbolu inkişaf edir. UEFA və FİFA bizim assosiasiyamızı digər federasiyalar qabağında nümunə kimi gətirirdi", - azerisport.az xəbər verir ki, bunu Abdullayev dedi.
AFFA prezidentinin sözlərinə görə, mənfi tərəflər də olub: "Misal üçün, "Bakı"-nın avrokuboklardaki çıxışı. Bu hadisə bütün xalqı kədərləndirdi. Menecerlər üçün treninq keçirmək lazımdır".
