23 sentyabr 2010 00:14

"Ənənənin" sonu və ya Baxın – Qarabağ oynayır

Bu gün Azərbaycan çempionatının 2-ci turun təxirə salınmış "Qarabağ" – "Gəncə" oyunu keçirildi. Azerisport.az xəbər verir ki, ağdamlılar 3:0 hesabı ilə qalib gələrək, "Gəncə"-nin məğlubiyyətsiz oyun seriyasına son qoydu.

Hesaba baxmayaraq, "Qarabağ"-ın çempionatda ikinci qələbəsi o qədər də asan alınmadı. Ümumiyyətlə, ilk yarıya gəncəlilər aktiv başladı. Buna baxmayaraq ilk təhlükə məhz "Gəncə"-nin qapısı qarşsında baş verdi. Emin İmaməliyeb əlverişli mövqeydən topu tora göndərə bilmədi. Bundan sonra "Qarabağ" təşəbbüsü demək olar ki tam əlinə keçirdi. "Gəncə" isə sanki rəqibin oyununa seyr edirdi. Komanda mərkəz xəttini keçməkdə çətinlik çəkirdi. "Qarabağ" isə əksinə, meydanın rəqibə aid olan hissədə özünü rahat hiss edirdi. Düzdür, hücumların əksəriyyətində son zərbə yox idi. Lakin 32-ci dəqiqədə vəziyyət dəyişdi. Azərbaycanın "ənənəvi" künc zərbəsindən sonra top cərimə meydançasında Rəşad Sadiqova gəldi, onun zərbəsi nəticəsində isə top Rubinsə çatdı və onu qapıya göndərdi – 1:0. Lakin bu hesab "Gəncə"-ni qorxutmur. İlk dəfə deyil ki, birinci qol məhz gəncəlilərin qapısına vurulur. Artıq ilk yarının sonunda Cehyun Sultanovun zərbəsindən sonra qapıçı Fərhad Vəliyev topu əlindən buraxdı, lakin dərhal da onu tutaraq, təhlükəni sovuşdurdu.
 
İkinci hissə isə birinci 45 dəqiqənin davamı oldu. Rauf Əliyevin zərbəsindən sonra top guşlarla salmlaşdı. Hissənin əvvəlində isə "Gəncə" hücumda ən təhlükəli oyunçusu olan Junivanı buraxdı. Buna cavab olaraq, Qurban Qurbanov Elvin Məmmədova şans verdi. 54-cü dəqiqədə isə yenə də künc zərbəsi və növbəti qol: İmaməliyevin cərimə meydançasına gözndərdiyi topa Rauf Əliyev başla zərbə endirdi – 2:0. Oyunun gedişatına nəzər eyetirəndə heç kəs "Qarabağ"-ın qələbə qazanacağına artıq şübhə etmirdi. Çünki bu görüşdə ağdamlılar avrokukolardaki aldığı təcrübəni göstərdi – sürətdə, ötürmələrdə, hücumların quruluşunda – bütün bu amillərdə komanda "Gəncə"-dən üstün görünürdü. Lakin "Gəncə" ilk məğlubiyyətlə barışmaq niyyətində deyil idi. Və artıq vurulan qoldan bir neçə dəqiqə sonra ilk topu rəqibin qapısından keçirə bilərdi. Mustafayev küncdən verilə ötürmədən sonra tək-tənha qaldığı vəziyyətdə topu qapıdan aralı keçirdi. Amma "Qarabağ" iki topla kifayətlənmək niyyətində deyil idi və hücum etməyə davam edirdi. Bunun nəticəsi kimi, Qiorqi Adamiyə üçüncü topu keçirərək, demək olar ki son nöqtə qoyur. Ümumiyyətlə Adamiya bu oyunda çox aktiv idi. Qola qədər o özü azı iki dəfə fərqlənə bilərdi. "Qarabağ" isə hücumlarını bitirmək barəsində heç düşünmürdü. Meydançaya yenicə daxil olan Tural İskəndərov dördüncü topu vurmağa yaxın idi, lakin "Gəncə"-nin qapıçısı Kurtanoviç növbəti dəfə komandanı xilas etdi. Qapıçının oyunun ayrıca qeyd etmək lazımdır. O olmasa idi, hesab 5:0 ya da 6:0 ola bilərdi. Düzdür, oyunun sonunda İmaməliyev hesabı 4:0 edə bilərdi. 90-cı dəqiqədə o penalti zərbəsini yerinə yetirdi. Lakin zərbəsi üst dirəyə tuş gəldi. Oyun 3:0 hesabı ilə başa çatdı.
 
Əgər "Qarabağ" bu oyunun davam etdirsə, o zaman əminliklə demək olar ki, komanda liderlər sırasına çox tez bir zamanda çatacaq. Əsas odur ki, ağdamlılar bu oyunlarını itirməsin. "Gəncə"-yə gəldikdə isə, hər bir şeyin sonu olur. Beşoyunluq heç-heçə seriyasının da. Amma gəncəlilər ruhdan heç düşməməlidir. Çünki görünür ki, oyunçular komandaya görə can verirlər. Sadəcə bu dəfə həm rəqib üstün idi, həm də ki "Gəncə"-nin günü deyil idi.
 
 
 
 
 Turnir cədvəli
 
Komanda
O
Q
H
M
TF
X
1
Neftçi
6
5
1
0
14-1
16
2
XL
6
4
2
0
7-0
14
3
İnter
6
4
1
1
6-2
13
4
AZAL
6
3
2
1
7-5
11
5
Qarabağ
5
2
2
1
5-2
8
6
Muğan
6
1
3
2
5-6
6
7
Bakı
5
1
2
2
6-7
5
8
Gəncə
6
0
5
1
5-8
5
9
Qəbələ
6
1
1
3
2-6
4
10
MOİK
6
1
1
4
3-11
4
11
Turan
6
0
3
3
4-9
3
12
Simurq
6
0
3
3
5-12
3
 
Bombardirlər:
9 – Nəsimov (Neftçi)
4 – Yuşka (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.