23 sentyabr 2010 12:30
Uesli Sneyder: Real`a heç vaxt qayıdmayacam
Son günlər İtaliyanın "Inter" klubunun yarımmüdafiəçisi Uesli Sneyderin Madridin "Real" komandasın qayıdışı barəsində çoxlu söz-söhbətlər gəzirdi. Azerisport.az xəbər verir ki, futbolçu qəti surətdə bildirdi ki, o Madriddə oynamayacaq.
"Biz "Inter"-in rəhbərliyi ilə müqaviləmin uzadılmasına dair danışığlar aparırıq, çünki mən Milanda qalmaq istəyirəm. Ümidvaramki, razılığa tez bir zamanda nail olacayıq. "Real"-a qayıdışımı tam istisna edirəm, ona görə ki, məninlə necə rəftar etdikləri hələ də yadımdadır", - bunu Sneyder öz Twitter-ində bildirdi.
