23 sentyabr 2010 12:56
Millimiz növbəti toplanış keçirəcək
Azərbaycan milli komandası sentyabrın 27-dən 30-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesinə adları aşağıda göstərilmiş futbolçular dəvət olunub:
Qapıçılar: Kamran Ağayev ("Xəzər-Lənkəran"), Fərhad Vəliyev ("Qarabağ"), Səlahət Ağayev ("İnter");
Müdafiəçilər: Aqil Məmmədov (AZAL), Volodimir Levin ("İnter"), Saşa Yunisoğlu ("Qəbələ"), Ruslan Abışov ("Neftçi"), Nodar Məmmədov ("Qəbələ"), Vurğun Hüseynov ("Turan"), Rail Məlikov ("Neftçi"), Elnur Allahverdiyev (XL), Maksim Medvedev ("Qarabağ");
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (XL), Samir Abasov ("Qarabağ"), Aleksandr Çertoqanov ("İnter"), Amit Quluzadə ("Neftçi"), Rəşad Sadiqov ("Qarabağ"), Əziz Quliyev ("Bakı"), Elvin Məmmədov ("Qarabağ"), Cavid Hüseynov ("Neftçi"), Araz Abdullayev ("Neftçi"), Fabio Luis Ramin ("Bakı");
Hücumçular: Vüqar Nadirov ("Qarabağ"), Vaqif Cavadov ("Bakı"), Fərid Quliyev ("Neftçi"),
Rauf Əliyev ("Qarabağ").
