24 sentyabr 2010 13:18
Chelsea əsas futbolçusunu itirir
İngiltərənin "Chelsea" klubunun yarımmüdafiəçisi Frenk Lempard komandasına "Manchester City"-yə qarşı oyunda kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, Lempard hələ də avqustun 31-i keçirilən əməliyyatdan sonra bərpa olunur. Gözlənilirdi ki, futbolçu iki həftə ərzində heyətə qayıdacaq. Lakin həkimlərin səylərin baxmayaraq, Lempard artıq komandasının dörd görüşünü buraxıb.
"Əməliyyat uğurla keçirildi. Lakin Lempardın əzələlərində bəzi problemlər var. Başqa problem peyda olmasın deyə, Lempardı oyuna buraxmayacam", - "Chelsea"-nın baş məşqçisi Karlo Ançelotti dedi.
Mənbə: The Mirror
