24 sentyabr 2010 14:00
Neftçi`nin futbolçusu dünya çempionlarına qarşı
Azərbaycanın "Neftçi" klubunun qapıçısı Paulius Qribauskas yenidən Litva yığmasına dəvət alıb. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı qapıçı bu dəfə dünya çempionu İspaniya milli komandası və Səudiyyə Ərəbistanı yığması ilə oyunlara çağırılıb.
Avropa çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək İspaniya – Litva oyunu oktyabrın 8-də baş tutacaq. Bundan 4 gün sonra isə Səudiyyə Ərəbistanı ilə yoldaşlıq görüşü keçiriləcək.
