24 sentyabr 2010 14:17
Jaba: Bir neçə klublardan təklif var
Azərbaycanın "Bakı" klubunun hücumçusu Jaba Türkiyə komandaları tərəfindən olan marağı barəsində danışdı. "Bəli, bir neçə klublardan təklif var. Onlar həmişə məni maraq dairəsində saxlayır. Lakin gələcəydə nə olacağını bilmirəm. Yanvara kimi Azərbaycanda oynayacam. Bundan sonraki taleyimi birgə həll edəcəyik. "Bakı" ilə müqaviləm var. Klubun icazəsi olmadan heç yerə getməyə haqqım yoxdur", - braziliyalı forvard azerisport.az saytına bildirdi.
