24 sentyabr 2010 14:33
Hafiz MƏMMƏDOV: Şefer düzgün qərar verdi
Azerisport.az Azərbaycanın "Bakı" klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov jurnalistələrə verdiyi müsahibəsini təqdim edir.
Ötən mövsümün qəhrəmanlarının mükafatlandırma mərasimində komandanızın iki futbolçusu fərqləndi – Jaba və Aleksandar Şoliç. Lakin bu mövsüm onların oyunu alınmır.
Hesab edirəm ki, bütün futbolçular öz mükafatlarına layiq idi. Jaba və Şoliç ötən mövsümdə əla oynadılar. Buna görə də mükafata layiqdilər. Razıyam, hələ ki onların oyunu alınmır. Amma inanın, bu futbolçular hələ öz sözünü deyəcək.
Komandanın baş məşqçisi Vinfrid Şefer və Şoliç arasındaki baş vermiş insident barəsində nə deyə bilərsiniz?
Baş məşqçinin tərəfindəyəm. Nəticəyə görə cavabdeh odur və məhz baş məşqçis komandada intizamı saxlamalıdır. Şoliçi ehtiyat komandaya göndərməklə, Şefer düzgün qərar verdi. Həmçinin Şoliçin ehtiyat komanda ilə məşq etdiyi də məni sevindirdi. Futbolçu öz səhvini başa düşdü.
Məşqçi və futbolçu arasında məsələ necə həll olunacaq?
Bildiyimə görə, Şoliç Şeferdən üzr istədi. Buna görə o əsas komandaya qayıdaraq, növbəti oyuna hazırlaşacaq.
Sizcə, komandanın problemi nədədir?
Çempionatın əvvəli məni narazı saldı. Hesab edirdim ki, ilk turlardan sonra komanda özünə qayıdacaq. Lakin bu belə olmadı. İlk 3 tur mən heçnə demirdim. Lakin "Simurq"-la edilən heç-heçədən sonra (1:1) Şeferlə görüşdüm. İnandıra bilərəm ki, problem məşqçi ilə bağlı deyil. Problem futbolçulardadır. Onlar ötən mövsüm göstərdiyi futbolu, bu dəfə sərgiləmir. Lakin "Bakı" yeni səhifəni açır. Artıq bu həftədən komanda qalibiyyət seriyasına başlamalıdır.
Ola bilsin ki, futbolçular avrokuboklarda baş verən hadisəni unuda bilmir?
Bu avqustda baş verib. Artıq bunu unudmaq lazımdır. Düşünmürəm ki, bu uğursuz startın əsas səbəbi oldu. Şeferlə söhbət zamanı, o bildirdi ki, hər şey düzələcək. Sadəcə futbolçular öz əsl səviyyələrində oynamır. Bu cür startdan narazıyam. Amma düşünürəm kİ, bundan sonra "Bakı" öz futbolunu göstərəcək.
Mərasimdə komandanın keçmiş baş məşqçisi Cüneyt Biçeri gördük. Mərasimə onu kim dəvət etdi?
Mən şəxsən ona zəng etdim və mərasimə çağırdım. "Bakı"-nın qələbələrində onun rolu böyük idi. Buna görə də Biçer layiq olduğu mükafatı almalı idi. Dəvətimi qəbul edərək, mərasimə gəldiyi üçün ona minnətdaram.
Siz bildirmişdiniz ki, rəhbərlikdə dəyişiklər baş verəcək. Klubun yeni rəsmilərin adlarını nə vaxt biləcəyik?
Bilirsiniz, futbol biznes deyil. Əgər insan biznesdə səhv edirsə, o zaman onu əvəzləyirlər. Futbolda isə kimisə birdən-birə dəyişmək olmaz. Klub öz işini düzgün aparmırdı. Hər bir insan nə etdiyini və nəyə cavabdeh olduğunu bilməlidir. Yaxın günlərdə, kim və harada çalışacağı bilinəcək.
Siz həmçinin AFFA-nin İcraiyyə Komitəsinin üzvüsiz. Millinin Almaniyaya qarşı keçirdiyi oyun barəsində nə deyə bilərsiniz?
Bu cür məğlubiyyət məni çox kədərləndirdi. Etiraf edim ki, belə oyun gözləmirdim. Düşünmürdüm ki, bu cür hesabla məğlub olacayıq. Amma hesab edirəm ki, futbolçularımız Avstriya və Türkiyəyə qarşı layiqli oyun sərgiləyəcək.
