24 sentyabr 2010 14:52
Roberto Mançini: Müdafiədə böyük problemlərimiz var
İngiltərənin "Manchester City" klubunun baş məşqçisi Roberto Mançini ölkə çempionatının 6-cı turu çərçivəsində "Chelsea" ilə keçiriləcək oyundan əvvəl bildirdi ki, onun komandasının müdafiədə böyük problemləri var. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis ən problemli yer sol cinah müdafiəçi mövqeyi olduğunu qeyd etdi.
"Müdafiəçilərin zədəli olduğundan bu xəttdə böyük problemlərlə üzləşdik. Boatenq, Kolarov, Leskott, Riçards və Bric zədəlidir, Kompani, Kolo Ture və Sabaleta hələ təzə-təzə məşqlərə başayıblar. Ümid edirəm ki, Mika Riçardas bu oyuna kimi bərpa olunacaq. Əks halda sol cinahda kimin oynayacağnı bilmirəm", - Mançini bildirdi.
Məbnə: The Mirror
