24 sentyabr 2010 15:12
"Inter Messini imzalamalıdır"
İtaliyanın "Inter" komandasının hücumçusu Samuel Eto`O klubun prezidenti Massimo Morattiyə İspaniyanın "Barcelona" komandasının hücumçusu Lionel Messini almağa məsləhət gördü.
"Messi əla oyunçu və gözəl insandır. Mən ondan İnyesta və Xavidən heyranam. Ötən il "Barcelona" ilə oyundan öncə mən Morattiyə dedim ki, əgər o bu oyunçuları almaq istəsə onlar sübhəsiz ki klubun simvolları olacaq", - azerisport.az xəbər verir ki, bunu Eto`O dedi.
Mənbə: La Repubblica
