24 sentyabr 2010 15:52
Araz Abdullayev: Everton`a keçidim daha real görünür
Azərbaycanın "Neftçi" klubunun gənc yarımmüdafiəçisi Araz Abdullayev azerisport.az saytına İngiltərənin "Arsenal" komandasının onunla maraqlandığı barəsində öz fikirini bildirdi.
"Arsenal"-ın marağı barəsində mətbuatdan bildim. "Everton"-un məni diqqətlə izlədiyindən xəbərdaram. İlkin müqaviləni artıq imzalamışıq. Klub rəhbərliyin Bakıya səfərini gözləyirik. Mənim transferimlə klubun işçiləri məşğuldur. Sadəcə qeyd edə bilərəm ki, "Everton"-a keçidim daha real görünür", - Abdullayev azerisport.az saytına bildirdi.
