24 sentyabr 2010 16:11
Böyük oyunun hakimi müəyyənləşdi
Azərbaycan çempionatının Premyer-liqasının 7-ci turunda keçiriləcək oyunlara təyin olunmuş hakimlərin adları açıqlanıb. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, "Xəzər-Lənkəran" – "Neftçi" görüşünü baş hakim Vüsal Əliyev idarə edəcək. Onun köməkçiləri İlham Əliyevlə Mehman Mahmudov olacaq. Dördüncü hakim funksiyasını Əmrah İbrahimov yerinə yetirəcək.
Xatırladaq ki, oyun sentyabrın 25-də Lənkəran şəhər stadionunda saat 19:00-da başlayacaq.
