24 sentyabr 2010 16:28
Lippi: Real Kyellini ilə maraqlanır
İtaliyanın "Juventus" klubunun müdafiəçisi Corco Kyellininin agenti Davide Lippi məlumat verdi ki, oyunçu ilə Madridin "Real" komandası maraqlanır. Azerisport.az xəbər verir ki, Lippi bildirdi ki, Kyellini Turini tərk etmək niyyətində deyil.
"Klubla yeni müqavilə ilə bağlı razılığa gəldik. Düzdü, futbolçu hələ ki heçnə imzalamayıb. "Real" onunla maraqlanır? "Real"-dan başqa Kyellinin xidmətlərində digər klublar da maraqlıdı. Onun digər komandaya keçidi mümkün deyil, çünki Corco "Juventus"-da qalmaq istəyir", - Lippi dedi.
Mənbə:footballpress.net
