24 sentyabr 2010 17:18
Arsenal müdafiəçisini itirdi
İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Tomas Vermalen Çempionlar Liqasında Serbiyanın "Partizan" komandasına qarşı oyunda iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, belçikalı futbolçu hələ də zədədən əziyyət çəkir.
Bundan öncə məlumat verilmişdir ki, Vermalen Premyer-liqanın 6-cı turunda "West Bromwich Albion" klubu ilə oynaya bilməyəcək.
Mənbə: AFP
