24 sentyabr 2010 17:50
Tuyqun Nadirov: Bu hərəkət XL azərkeşlərini provokasiya edir
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına XL – "Neftçi" oyununa hazırlıq tədbirləri barəsində danışdı.
"Keçmiş oyunları nəzərə alaraq, biz bütün təhlükəsizlik tədbirləri barəsində düşündük. Qonaqlarımızı qəbul və onların təhlükəsizliyini təmin etməyə layiqincə hazırıq. Təəssüf ki, bu cür oyundan öncə "Neftçi"-nin azərkeşləri XL komandası olduğu avtobusunu daşladılar. Axı onlar sadəcə "Neftçi"-nin oyununa baxmağa gəlmişdir. Bu isə bizim azərkeşlərimizi provokasiya edir. Bununla bağlı "Neftçi"-nin rəhbərliyi ilə birgə çalışırıq ki, bu dəfə heç bir insident olmasın", - Nadirov dedi.
Onun sözlərinə görə, oyunda hər şey baş verə bilər: "Lakin biz bu oyunda təhlükəsizliyi artırmaq məqsədi ilə DİN və dahili qoşunları cəlb edəcəyik. Bütün münasibətlər ancaq yaşıl meydançada aydınlaşdırılacaq".
