24 sentyabr 2010 20:44
Chelsea`nın futbolçusu Azərbaycana qarşı
Azərbaycanın U-15 milli komandası Rusiya yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, həmin oyunlar oktabrın 2-si və 4-ü "Qiqant" idman kompleksində baş tutacaq. Millimizə qarşı Rusiyanın "Zenit", ÇSKA, "Spartak", "Lokomotiv", "Dinamo" və İngiltərənin "Chelsea" klublarının təmsilçiləri oynayacaq. Əsas diqqəti London klubun gələcək ulduzu olacaq Nikita Xaykin cəlb edir.
