24 sentyabr 2010 00:03
Roma`nın qapıçısı qapını ağlayaraq qoruyurdu (VİDEO)
İtaliyanın "Roma" klubunun qapıçısı Julio Serjio "Brescia" ilə oyunda ayağından zədə aldı. Azerisport.az xəbər verir ki, buna baxmayaraq qapıçı görüşü sona qədər keçirdi, çünki komanda bütün əvəzetmələrdən artıq istifadə etdi. Oyun başa çatandan sonra Serjio meydançanı özü tərk edə bilmədi. Kadrlardan görünür ki, son dəqiqələri qapıçı göz yaşı içində keçirdi.
