24 sentyabr 2010 12:09
Neftçi`nin prezidenti: Əgər Arsenal Araz Abdullayevi almaq istəyirsə...
Azərbaycanın "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov azerisport.az saytına İngiltərənin "Arsenal" komandasının Araz Abdullayevlə bağlı marağından danışdı. "Biz "Everton"-la razılığa gələrək, müqavilə imzaladıq. Bütün bəndlər nəzərə alınıb. Əgər "Arsenal" Arazı almaq istəyirsə, o zaman "Everton"-la danışmalıdırlar. Biz əlimizdən gələni etmək istəyirik ki, azərbaycanlı futbolçu İngiltərə çempionatında oynasın. Bizim hələ başqa prespektivli oyunçularımızda var. Misal üçün, Amit Quluzade və Mirhüseyn Seyidov. Əgər hansısa bir əcnəbi klub onları transfer etmək istəsə, biz məmuniyyətlə bu futbolçuları xaricə göndərəcəyik", - Sadıqov bildirdi.
