24 sentyabr 2010 00:09
David Vilya: Barcelona və Real`ı müqayisə etmək olmaz
İspaniyanın "Barcelona" klubunun hücumçusu David Vilya bilrdirdi ki, Madridin "Real" komandasını onun klubu ilə müqayisə etmək olmaz. Azerisport.az xəbər verir ki, futbolçu kataloniyalıların son iki ildə əldə etdiyi titullarını xatırlatdı.
"Barcelona" və "Real" arasındaki fərq açıq-aşkar görsənir. Sadəcə yadınıza salın ki, son vaxtalar "Barca" altı trofey qazanıb. Heç bir komanda bir il ərzində bu cür uğurlara əl atmayıb. Bu mövsümə gəldikdə isə, mən hansısa bir turnir barəsində düşünməyə hazır deyiləm. Bütün titulları istəyirəm", - Vilya dedi.
Mənbə: Marca
