24 sentyabr 2010 00:15
Rövnəq ABDULLAYEV: Avstriya və Türkiyəyə qarşı yığmadan yaxşı nəticə gözləyirəm
Bugün Yaxt-klubda Azərbaycan çempionatının 2009/10 mövsümün qəhrəmanlarının və qaliblərin mükafatlandırma mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Rauf Əliyev və Elşad Nəsirov, baş katib Elxan Məmmədov PFL-ın başçısı Ramin Musayev və İcraiyyə Komitəsinin üzvləri Hafiz Məmmədov, Mirkamil Rəhimov.
Mərasimin rəsmi hissəsindən sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalislərin suallarına cavab verdi.
Ötən mövsümün qəhrəmanları barəsində sizin fikrinizi bilmək istiyərdik.
Bütün futbolçular öz mükafatlarına layiq idi, onlar buna öz əməyi sayəsində nail oldu. Ötən mövsüm maraqlı mübarizə şəraitində keçdi. Əsasən də çempionatın finişi yadda qaldı. Lakin ən əsası, yeni gənc futbolçular peydə oldu. Və onlarla fəxr etmək olar. Bu Azərbaycan futbolunun yeni nəsilidir. Ümid edirəm ki, onlar milli komandaya kömək edəcəklər. Həmçinin futbola artan marağı da qeyd etmək istəyirəm – camaat stadionlara gəlir. Avrokubok oyunlarında bu görünürdü. Bu bizi sevindirməyə bilməz.
Bəs bu mövsümnən nə gözləyirsiniz?
Ümid edirəm ki, çempionata maraq bu il də olacaq. Artıq indidən gərgin mübarizə olduğunu görürük.
Siz gərgin mübarizəni qeyd eetdiniz. Bu da "Xəzər-Lənkəran" – "Neftçi" oyunun ərəfəsində daha çox hiss olunur. Bu oyuna sizin proqnozunuz?
Proqnoz vermək istəməzdim. Ümid edirəm ki, təmiz oyun olacaq. Lənkəran fanatlarını tanıyıram. Məhz onlara görə biz DÇ-2010-nun seçmə oyunlarınıda birini məhz Lənkəranda keçirdik (Finlandiya yığmasına qarşı – azerisport.com). Düşünürəm ki, bu dəfəki AVRO-2012 seçmə oyunlarından birini də Lənkəranda keçirəcəyik.
Siz özünüz şənbə günü oyuna gedəcəksiniz?
Xeyr. Lakin ümid edirəm ki, maraqlı və təmiz oyun olacaq.
Görüş zamanı yerli və qonaq komandaların fanatları arasında qarşıdurma gözlənilir. Əlavə mühafuzə tədbirləri görüləcəkmi?
Düçünürəm ki, stadionda heç bir problem olmayacaq.
Qarşıda AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstirya və Türkiyə yığmalarına qarşı oyun barəsində sizin fikrinizi bilmək istiyərdi?
Bu cür oyunlardan mən nə gözləyə bilərəm? Qələbə gözləyirəm. Ümid edirəm ki, uşaqlar Almaniyadan aldığları məğlubiyyətdən (1:6) nəticə çıxartdılar və səhvlərini başa düşdülər. Yaxşı nəticə və yaxşı oyun gözləyirəm.
