24 sentyabr 2010 12:45

Sadıq SADIQOV: Muğan`ın rəhbərliyi digərlərin maraqlarına uyğun olaraq çalışır? Bu ki cəfəngiyatdır

Azərbaycanın "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov şənbə günü "Xəzər-Lənkəran"-la oyunda komandasının əsl gücünün şahidi olmaq istəyir. Bu və digər mövzülar barəsində Sadıqov azerisport.az saytına danışdı.

Söhbət "Muğan" – XL oyunundan (0:0) başlandı. Bu görüşdən sonra qonaqların nümayəndələri işarə etdilər ki, Salyan klubu "Neftçi"-nin maraqlarına uyğun olaraq oynadı. Həmin oyunda lənkəranlılar iki xal itirdi və paytaxt təmsilçisinə çempionatın vahid lideri olmağa imkan verdilər.
 
Lakin Sadıqov başqa fikirdədir. "Doğrudanmı kimsə düşünür ki, "Muğan"-ın rəhbərliyi digərlərin maraqlarına uyğun olaraq çalışsınlar? Bu ki cəfəngiyatdır. Əgər rəqibi məğlub edə bilmədinsə, başqa birisini və yaxud hakimi günahlandırmaq olmaz. Artıq neçə ildir söz-sözhbətlər eşidirəm ki, "Neftçi"-yə kömək edirlər. Komanda 9-cu olanda bunu deyirldilər, komanda lider olanda da bunu deyirlər. Məgər görünmür ki, "Neftçi"-yə heç kəs kömək etmir? Sadəcə komanda öz oyununu tapıb, qələbə qazanır", - klubun başçısı dedi.
 
Onun fikrincə, şənbə günü onun komandasına çətin olacaq: "Bu oyun klubum üçün bir imtahandır. Məhz imtahan. "Neftçi" nəyə qadir olduğunu bilmək istəyirəm. Bəli, onlar hər bir rəqiblə mübarizə aparmağa hazırdır. "İnter" və "Qəbələ" ilə oyunlar bunu sübut etdi. Növbədə XL-di. Bu günə kimi heç kəs deyə bilməz ki, bizə kimsə kömək edib. Biz özümüz qol vurub, qələbə qazanmışıq".
 
Hər bir azərkeş kimi, "Neftçi"-nin prezidenti başa düşür ki, qonaq komanda Lənkəranda çətinliklərlə üzləşəcək. "Fanatların qarşıdurmasından xəbərdaram və inanıram ki, hər şey yaxşı olacaq. Biz problemlərdən qorxmuruq və qonaq meydançasında azərkeşlərimizlə gedirik. Öz oyunçularımıza da inanıram. Futbolçular sübut etməlidilər ki, onlar əbəs yerinə klubun liderləri deyillər. Qoy meydançaya çıxıb, əsl kişi kimi oynasınlar", - Sadıqov vurğuladı.
 
Həmçinin paytaxt komandanın başçısı hələ öz qapısında qol götməyən XL-ın müdafiəsi və çempionatın bombardiri Bahodir Nəsimovun çıxış etdiyi "Neftçi"-nin hücumu arasında gözlənilən qarşıdurmaya da toxundu. "Bu mövsüm hücum xəttimiz yaxşıdır. Bir tərəfdən Nəsimov qol vurur, digər tərəfdən Emil Mpenza kimi forvard əsas heyətə düşə bilmir. Fərid Quliyev də çalışır, lakin əsas heyətin oyunçusu ola bilmir. Bu məni sevindirir. Deməli klubda rəqabət var. Nəsimovun XL-ın müdafiəçiləri ilə qarşıdurmasının nəticəsini isə bizə oyun göstərəcək", - Sadıqov qeyd etdi.
 
Onun sözlərinə görə, heç nəyə baxmayaraq, komandalar təmiz futbol oynamalıdır: "Əgər komandalar təmiz oynasa və rəqib qapımızdan dörd top keçirsə, o zaman mən onları səmimi qəlbdən təbrik edəcəm. Təmiz qarşılaşmada məğlub olmaq heyf deyil. Amma mən komandama inanıram. Və inanıram ki, qələbə qazanacayıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.