25 sentyabr 2010 13:07
Kamran AĞAYEV: Liderliyi qaytarmaq bizim üçün çox vacibdir
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun qapıçısı Kamran Ağayev "Neftçi" ilə keçiriləcək Böyük oyun ərəfəsində azerisport.az saytının suallarına cavab verdi.
Çempionatın əsas oyunlarında birinə XL hazırdır?
Bu oyunu "derbi" adlandırırlar. Və mən də razıyam ki, bu Azərbaycan futbolunda böyük hadisədir. Biz sadəcə bu oyunda qələbə qazanmalıyıq. "Muğan"-la heç-heçədən sonra yalnız qələbə barəsində düşünürük.
"Neftçi"-yə qarşı oyun şəxsən sizin üçün nə əhəmiyyətə malikdir?
"Neftçi" həmişə çempionluğa oynayır. Hazırda bu komanda çempionatın lideridir. Onlara qalib gələrək, liderliyi qaytarmaq bizim üçün çox vacibdir. Bunu edə bilərik.
XL hələ ki top buraxmayıb. Müdafiə bu cür uğurlu oyunun sirri nədədir?
Biz komanda futbolunu oynayırıq. Mən çalışıram buraxmayım və müdafiəçilərimiz də əla oynayır. Onlar yüksək səviyyədə oynayır. Mənim üçün "neftçilərlə" oyunda buraxmamaq ikiqat vacibdir.
Bu oyunda komandanızı hansı hesab qane edər?
Hesab o qədər də əhəmiyyətli deyil. 1:0 yoxsa 10:0 – əsas odur ki, qalib gələk.
Bəs məğlubiyyət faciə olacaq?
Bu xoşa gələn bir hal olmayacaq. Lakin çempionat təzə-təzə başlayıb. Hesab edirsiniz ki, məğlub olan tərəf çempionluğa şansını itirəcək? Xeyr. Əsas mübarizə hələ irəlidədir.
Hazırda XL-ın əsas problemi nə ilə bağlıdır?
Düşünürəm ki, Diyeqonun yoxluğunda. Bundan başqa hər şey qaydasındadır. Komanda oyuna adi rejimdə hazırlaşır.
