25 sentyabr 2010 13:25
Maradona: Arqentina yığmasına qayıtmaq üçün həyatımı verməyə hazıram
Arqentina yığmasının sabiq baş məşqçisi Diyeqo Maradona milliyə qayıtmaq arzusunda olduğunu bildirdi. Azerisport.az xəbər verir ki, onun sözlərinə görə, o komandaya qaytımaq və əldə edilən nəticələrə görə olan məsuliyyəti öz üzərinə götürməyə istəyir.
"Albiselesteyə" qayıtmaq çox istəyirəm. AFA-dan zəngi gözləyirəm. Dünya çempionatında sonra mən çox məyus idim. Lakin indi yenidən çalışmağa hazıram. Arqentina yığmasına qayıtmaq üçün həyatımı verməyə hazıram", - Maradona dedi.
Həmçinin canlı əfsanə İtaliyanın "Inter" klubunun kapitanı Xavyer Dzanettinin DÇ-2010-a çağırılmamasına da toxundu: "Biz oyunçuları vicdanla seçirdik. Xavyer böyük peşəkardır. Lakin Paraqvayda görünürdü ki, ayağları ona qulaq asmır".
Mənbə: Marca
