25 sentyabr 2010 13:54
Rəşad SADIQOV: Oxucuların fikirləri mənə maraqlı deyil
Azərbaycan çempionatının ötən mövsümün ən yaxşı yerli futbolçusu seçilən Rəşad Sadıqov azerisport.az saytına bu mükafat barəsində öz fikirlərini bildirdi.
"Əlbətdə, xoş hadisədir. Ötən mövsüm zədəm var idi, lakin bu ən yaxşı olmağıma maneçilik törətmədi. Çəti oyunlarımız, heyətdə itkilərmiz var idi, lakin nəticədə ilk üçlüyə düşə bildik. Bu "Qarabağ" üçün uğurdur", - Sadıqov dedi.
Həmçinin 28-yaşlı müdafiəçi bu mükafata layiq olmadığını hesab edən azərkeşlərə cavabını verdi. "Facebook"-daki oxucuların fikirləri mənə maraqlı deyil. Onların əksəriyyəti futboldan başı çıxmır. Sadəcə fikir vermirəm", - Sadıqov dedi.
Türkiyənin "Eskişehirspor" klubunun müdafiəçisi "Qarabağ"-ın Azərbaycan Premyer-liqasındaki çıxışına da toxundu. "Çempionatda xal itkilərini asan izah etmək olar. Komanda mövsümə başqalarında daha tez başlayıb və əlbətdə bir az yorulub. Lakin bu müvəqqətidir. Bu çətin dövr ərzində əsas oyunun keyfiyyəti yox, nəticədir. Mümkün qədər çox xal toplamaq lazımdır", - Azərbaycan yığmasının kapitanı dedi.
Bununla belə Sadıqov hesab etmir ki, onun "Qarabağ"-dan gedişi klub üçün böyük itki oldu. "Aparıcı oyunçuları əvəzləmək həmişə çətindir. Amma "Qarabağ"-da komanda oyunu var. Komanda üçün böyük itki mənim gedişim yox, Əfran İsmayılovun zədəsidir. Hücumların 80 faizi onunla qurulurdu. Komandanı irəliyə apara bilrdi. Əfranın qayıdışından sonra "Qarabağ" artıracaq", - Sadıqov dedi.
