25 sentyabr 2010 14:13
Böyük oyun Neftçi`nin xeyirinə bitəcək
Azerisport.az saytına növbəti sorğu başa çatdı. Bu dəfə azərkeşlər "Azərbaycan çempionatının "Xəzər-Lənkəran" – "Neftçi" oyunu nə ilə yadda qalacaq?" sualına bu cavabları seçdi. Soğruda iştirak edən oxucuların əksəriyyəti – 43% – "Neftçi"-nin qalib gələcəyinə inanır. Digər nəticələr: oyun XL-ın qələbəsi ilə başa çatacaq – 36%, "qalmaqalla" – 8%, "hakimlərin səhvi ilə" – 7%, "məhsuldar heç-heçə ilə" – 3%, "qolsuz heç-heçə ilə" – 2%, "gözlənilməz nəticə ilə" – 1%. Sorğuda 464 nəfər iştirak edib.
