25 sentyabr 2010 14:42
Ağasəlim Mircavadov: Hücumu seçən komanda qalib olacaq
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun keçmiş baş məşqçisi Ağasəlim Mircavadov qarşıda gələn XL – "Neftçi" oyun ilə bağlı azerisport.az saytına öz fikirlərini bildirdi.
"Hər iki komanda favorit hesab edilə bilər. Lakin heç kəs əvvəlcədən qalibi müəyyənləşdirə bilməz. Düşünürəm ki, qalib hücum taktikasını seçən komanda olacaq", - Mircavadov dedi.
