25 sentyabr 2010 14:54
Vaqif Sadıqov: XL – Neftçi oyununda qollar mütləq olacaq
Azərbaycanın "Neftçi" komandasının keçmiş baş məşqçisi Vaqif Sadıqov qarşıdaki "Xəzər-Lənkəran" – "Neftçi" oyunu barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Komandaların şansları 50/50-dir. Bu komandalar arasında son dörd oyun qolsuz heç-heçə ilə başa çatmışdır. Bu gün qollar mütləq olacaq. Lakin onları kim vuracaq – bax bu maraqlıdır. Çox şey də məşqçilərin seçdiyi taktikadan da asılı olacaq", - Sadıqov dedi.
