25 sentyabr 2010 20:46
Toni Adams: Bu üç xal bizə çox lazım idi
Azərbaycanın "Qəbələ" klubunun baş məşqçisi Toni Adams ölkə çempiomatının 7-ci turunda "Qarabağ" üzərində əldə edilən qələbədən sonra oyun barəsində öz fikirləri ilə bölüşdü. "Bu qələbə bizim üçün asan olmadı. "Qarabağ" çox güclü komandadır. Və bu gün bunu növbəti dəfə sübut etdi. Sadəcə olaraq bu üç xal bizə çox lazım idi", - azerisport.az xəbər verir ki, bunu Adams dedi.
