25 sentyabr 2010 21:28
Arif Əsədov: Belə oyunları bir qol həll edir
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov ölkə çempiomatının 7-ci turunda "Xəzər-Lənkəran"-la oyundan sonra (0:1) görüş barəsində öz fikirlərini bildirdi. "Bu cür oyunlarda hər şeyi bir qol həll edir. Rəqib standart vəziyyətlərin yerinə yetirilməsində güclü idi. Elə bu cür vəziyyətdən sonra da qol buraxdıq. Məğlub olduğumuza görə faciə yaradmayacayıq. Qarşıda hələ xeyli oyun var", - azerisport.az xəbər verir ki, bunu Əsədov dedi.
