25 sentyabr 2010 21:39
Lənkəranda Neftçi`nin bayrağını yandırdılar
"Xəzər-Lənkəran" komandasının azərkeşləri "Neftçi" ilə oyundan sonra qonaq tribunalara cumdular. Azerisport.az xəbər verir ki, tribunalarda azərkeşlər arasında əsl dava yaşandı. Nəticədə XL-ın azərkeşləri "neftçilərin" bayrağını ələ keçirərək, onu yandırdılar.
