25 sentyabr 2010 00:01
Chelsea daha iki futbolçu itirdi
İngiltərənin "Chelsea" klubu qarşıda gələn "Manchester City" ilə oyunda daha iki futbolçuların xidmətindən istifadə edə bilməyəcək. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelottinin sözlərinə görə, komandanın yarımmüdafiəçisi Yossi Benayun və hücumçusu Salomon Kalu təxminən üç həftə ərzində zədə səbəbindən oynaya bilməyəcəklər. Qeyd edək ki, bunlardan başqa komandanın əsas yarımmüdafiəçisi Frenk Lempard da "City" ilə görüşdə çıxış edə bilməyəcək.
Xatırladaq ki, həmin görüş sentyabrın 25-i saat 16:45-də baş tutacaq.
