25 sentyabr 2010 00:19
"Azərbaycan daha güclü olub"
Rusiyanın U-15 yığmasının baş məşqçisi Andrey Talalayev qarşıda olan azərbaycanlı həmşıdları ilə oyun barəsində öz fikirlərini bildirdi.
"Krımskda keçirilən toplanışa həm klublarında, həm yığmada özlərini layiqincə göstərən futbolçuları dəvət etdik. Toplanış ərzində biz Azərbaycan yığması ilə qarşılaşcayıq. Rəqibin səviyyəsindən bələdik. Onlarla artıq iki dəfə qarşılaşmışıq. Bilirik ki, Azərbaycan daha güclü olub. Buna görə də hesab edirəm ki, oyunlar baxımlı olacaq" , - azerisport.az xəbər verir ki, bunu Talalayev dedi.
Xatırladaq ki, yoldaşlıq görüşləri oktyabrın 2-si və 4-ü keçiriləcək.
Mənbə: rfs.ru
