25 sentyabr 2010 00:33
İspaniyanın baş məşqçisi: Azərbaycan ötənilki uğrunu təkrarlamaq istəyir
İspaniyanın futzal üzrə yığmasının baş məşqçisi Xose Venansio Lopes Avropa çempionatnın seçmə mərhələsinin püşkü ilə bağlı öz fikirlərini bildirdi. Azerisport.az xəbər verir, 1-ci qrupda İspaniyadan başqa Azərbaycan, Qazaxıstan və D qrupun qalibi olacaq.
"Azərbaycan dünyada sürətlə inkişaf edən yığmalarından biridir. Komanda ötənilki uğrunu təkrarlamaq istəyir. Qrupun oyunları Azərbaycanda keçiriləcək. Bu da onların üstünlüyü olacaq. Lakin buna baxmayaraq, biz qrupdan çıxmaq üçün mübarizə aparacayıq", - Lopes dedi.
Onun fikrincə, qrupunu 4-cü komandası Litva yığması olacaq.
Mənbə: Europapress.es
