26 sentyabr 2010 13:06
Kamran Ağayev: Heç bir təhqiredici jest göstərməmişəm
Azərbaycan çempionatının 7-ci turun çərçivəsində "Xəzər-Lənkəran" – "Neftçi" oyunundan sonra qapıçı Kamran Ağayev bildirdi ki, o tribunalar tərəfə heç bir təhqiredici jest göstərməyib.
"Bu ola bilməz. Mən "Neftçi"-yə həmişə böyük hörmətlə yanaşmışam. Heç bir təhqiredici jest göstərməmişəm. Əgər məni düzgün başa düşmədilərsə, o zaman üzr istəyirəm. Mən, əksinə, azərkeşləri sakitləşdirməyə getdim. Yanımda olna Ruslan Abışovdan soruşa bilərsiniz. Həqiqəti sizə deyə bilər. "Neftçi" ilə fəxr edirəm", - Ağayev azerisport.az saytına bildirdi.
