26 sentyabr 2010 17:11
Rəşad Sadıqov baş məşqçisiz qaldı
Türkiyənin "Eskişehirspor" klubunun rəhbərliyi Superliqada öz meydanında "Gaziantepspor"-a məğlubiyyətdən sonra komandanın baş məşqçisi Rza Çalımbayla vidalaşdı. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onu Samət Aybaba əvəz edəcəyini gözlənilir. Xatırladaq ki, "Eskişehirspor"-un heyətində Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov çıxış edir.
