26 sentyabr 2010 00:08

Lənkəran trilleri, Səlyan "bataqlığı" və Qarabağ üçün Qəbələ "sürprizləri" – 7-ci turun ilk günün icmalı

Bu gün Azərbaycan çempionatının 7-ci turun ilk oyunları keçirildi. Azerisport.az xəbər verir ki, sözsüz ki, günün və turun ən maraq doğuran oyunun "Xəzər-Lənkəran" və "Neftçi" arasındaki qarşılaşma oldu. Lakin bu görüşdən öncə daha iki oyun keçirldi. Və onlardan biri gözlənilməz nəticə bağışladı.

Qəbələdə yerli eyniadlı komanda Ağdamın "Qarabağ"-ını qəbul edirdi. Ümumiyyətlə oyun gərgin mübarizə şəraitində keçdi. Həm meydan sahibləri, həm qonaqlar bir-birinin ardınca hücum qururdular. Hər iki komandanın oyununa gəldikdə, onlar nə müdafiədə oturmağa, nə də ki topu saxlayaraq vaxt uzatmaq niyyətində deyil idi. Hücumun ardınca hücum gəlirdi. Yeganə nöqsan – son nöqtə qoyan tapılmırdı. Amma buna baxmayaraq, "Qarabağ" rəqibindən bir az "yuxlu" görünürdü. Sanki komanda inersiya üzrə hərəkət edirdi. Deyəsən bunu hiss edən Qurban Qurbanov ikinici hissənin əvvəlində iki əvəzləmə edir və meydançaya Rəşad Sadiqov və Qiorqi Adamiyanı buraxır. Lakin bundan sonra da komandanın oyun canlanmır. Bunun əksi olaraq "Qəbələ" daha kəskin hücumlar keçirməyə başlayır. Və elə bu hücumların birindən sonra da Con Deon Barton topu gözəl zərbə ilə Fərhad Vəliyevin qoruduğu qapıdan göndərir. Qoldan sonra da "Qarabağ" topa daha çox sahib olurdu. Lakin bunun heç bir faydası yox idi. "Qəbələ" isə bir qolla kifayətlənmək niyyətində deyil idi. 71-ci dəqiqədə Branimir Subaşiç yeni komandasının heyətində ilk, oyunda isə ikinci qolu vurur. Heç kəs bunu gözləmirdi. Cəmi üç gün əvvəl "Qarabağ" "Gəncə"-ni rahatcasına 3:0 məğlub etdi (gəncəlilərlə oyunda da ilk yarı qolsuz bitmişdir), bu dəfə isə heç özünə oxşamırdı. Ancaq ikinci qoldan sonra ağdamlılar gec də olsa ayıldı. Ardıcıl hücumlardan sonra nəhayət ki "Qarabağ" Pavel Doroşevsin qoruduğu qapısına "açar" tapıldı: Emin İmaməliyevin cinahdan ötürməsi qapıya istiqamətləndi. Doroşüvs topu əllərində sazlaya bilmədi və top qapıya daxil oldu – 2:1. Bundan sonra da ağdamlılar hücumlarını davam etdirirdi, lakin hesab dəyişmədi. "Qəbələ" isə qələbəyə baxmayaraq yenə də qeyri-stabil oyun göstərdi. Komandanın oyunu sanki kardioqramada olan xəttə, yəni ürək hərəkətinin qrafik təsvirinə oxşayır – xətt yuxarı, xətt aşağı, yuxarı-aşağı. Elə "radarlar" da bu cür oynayır – gah komanda əla oynayır, gah birdən-birə "sönür". Ancaq etiraf etmək lazımdır ki, komanda irəliləyir. "Qarabağ" isə əksinə... Komandada enmə müşahidə olunur. Elə baş məşqçi Qurbanov da bunu qeyd etdi. "Qələbə"-nin oyunu barəsində sözləri "Qarabağ"-a da aid etmək olar. Bir fərqlə ki, "Qəbələ"-də bu "ürək xətti" oyun ərzində "tullanır", "Qarabağ" isə bir oyunu əla, o birisində isə nə yaxşı, nə pis. Çempionluq və ya yüksək pillələr uğrunda mübarizə aparan komandaya bu cür oyun yaraşmaz.
 
Səlyanda isə yerli "Muğan" Zaqatalanın "Simurq"-unu qəbul edirdi. Görüş başlayandan hər iki komanda hücuma keçdi. İlk dəqiqələrdə "Simurq" daha təhlükəli görünürdü. Lakin buna baxmayaraq, hesabı 17-ci dəqiqədə səlyanlı Quti açdı – 1:0. Qola baxmayaraq zaqatalalılar ruhdan düşmədi və hücum etməyə davam etdilər. İlk yarı qoldan başqa hakimin qərarı ilə da yadda qaldı. Açığı deyək ki, Rasim Ramaldanov ikinci sarı vərəqəni nəyə görə aldı sona qədər aydın deyil. Amma hakim qərarını verdi və bununla da "Simurq"-u daha çətin vəziyyətə saldı. İkinci hissədə isə "Muğan" daha aktiv görünürdü. Lakin oyununu hesabına bu heç cür təsir etmədi. Ümumiyyətlə götürəndə oyun bundan da maraqlı alına bilrədi. Əsas maneçilik – ot örtüyünün vəziyyəti. İdealdan uzaq olan qazon yağışdan sonra daha da bərbat vəziyyətə gəldi. Demək olar ki, meydanda elə yer yox idi ki, top heç olmasa iki metrə düz istiqamətdə "hoppana-hoppana" getməsin. Bu cür qazonda nəinki qaçmaq, gəzmək də çətin işdir. Bu faktı nəzərə alaraq, demək olar ki, komandalar çox yaxşı oyun göstərdilər. Belə meydançada oynamaq hər futbolçunun işi deyil.
 
Və nəhayət turun mərkəzi görüşü: XL – "Neftçi". Oyundan öncə də, oyundan sonra da ajiotaj davam edirdi. İlk öncə oyunun özündən başlayaq. İlk dəqiqələr "Neftçi"-nin üstünlüyü və XL-ın müdafiəçiləri tərəfindən edilən səhvlərlə yadda qaldı. Düzdü, ilk 10 dəqiqədə ən təhlükəki zərbə Emeka Oparadan gəldi, lakin ümumi üstünlük paytaxt təmsilçisinin tərəfində idi. Ümumiyyətlə meydançada çox sərt mübarizə aparılırdı. Özüdəki bütün 90 dəqiqə ərzində. Bir tərəfdən bu komandaların fiziki vəziyyəti heç də pis olmadığından danışır. Lakin digər tərəfdən bu öz üzərində nəzarətin yoxluğun da işarəsidir. İlk yarı ikinci hissədən daha maraqlı və gərgin keçdi. Amma hər şey ikinci hissədə baş verdi. Oyun əsl kəskin süjetli filmlərə bənzədi – filmin əvvəlində hər şey hərəkətdə, fasilə deyilən şey yoxdur, sona yaxın isə azacıq sakitlik və budur – gözəl, bir az gözlənilməz, bir az şoka salan nəticə! Artıq hər kəs zənn edirdi ki, Böyük oyun bu dəfə də 0:0 hesabı ilə bitəcək. Azərkeşlər tribunaları yavaş-yavaş tərk edirdi... Lakin "filmin" final səhnəsi – 89-cu dəqiqədə Diyeqo Ruis "Xəzər-Lənkəran"-a qələbə topunu gətirir: onun başla qapının uzaq küncünə endirdiyi zərbə tora daxil oldu! 1:0 – və XL turnir cədvəlinin vahid lideri olur! Əsl triller! Bir məqamı da qeyd edək. Çempionatın bombardiri, "Neftçi"-nin əsas silahı Bahodir Nəsimov bir növ "sürpriz" etdi. İlk dəfə idi ki hücumçu Azərbaycanda olduğu vaxt ərzində hansısa bir oyunda qol vurmadı. Ancaq təəssüflənməyə dəyməz: 7 oyunda 9 qol, 6 oyundaki 9 qoldan heç də pis deyil.
 
...Triller demişkən. Oyun başa çatandan sonra azərkeşlər bir-birini, üstə gəl stadiondaki oturacaqları da qırmağa başladı. Davanı kim başlayıb, orada kim iştirak edib – buna toxunmayacayıq. Çünki əslində bunun futbola heç bir adiyyatı yoxdur. Sadəcə olaraq bu dava XL və "Neftçi"-nin fan-klubların başçıların sözlərini yada saldırdı – "Biz yalnız 90 dəqiqə ərzində rəqibik...". Görünür, yalnız 90 dəqiqə deyil.
 
 
 
Komanda
O
Q
H
M
TF
О
1
XL
7
5
2
0
8-0
17
2
Neftçi
7
5
1
1
14-2
16
3
İnter
6
4
1
1
6-2
13
4
AZAL
6
3
2
1
7-5
11
5
Muğan
7
2
3
2
6-6
9
6
Qarabağ
6
2
2
2
6-4
8
7
Qəbələ
7
2
1
3
4-7
7
8
Bakı
5
1
2
2
6-7
5
9
Gəncə
6
0
5
1
5-8
5
10
MOİK
6
1
1
4
3-11
4
11
Turan
6
0
3
3
4-9
3
12
Simurq
7
0
3
4
5-13
3
 
Sabah isə turun qalan üç oyunu baş tutacaq:
17:00 AZAL – MOİK
17:00 GƏNCƏ – İNTER
20:00 BAKI – TURAN

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.